"İki mədəni insan kimi ayrıldıq"-FOTO

Müğənni Aysun İsmayılova, şəxsi həyatı ilə bağlı yayılan ayrılıq xəbərlərinə son qoyan bir video açıqlaması paylaşıb. O, ayrılmalarının səbəblərini izah edərək, bu məsələnin artıq bağlanmasını istədiyini bildirdi.

"İki mədəni insan kimi ayrıldıq"-FOTO
Aysun İsmayılova
reklam

Müğənni Aysun İsmayılova ayrılıq xəbərləri ilə bağlı bir daha açıqlama yayıb. O, Instagram-da yerləşdirdiyi video vasitəsilə bunları söyləyib:

"Bu açıqlamanı verməyi özümə borc bilirəm. Bəzilərinə maraqlı, bəzilərinə maraqsız ola bilər. Maraqsız olmağının tərəfdarıyam. Həyatda heç kəs heç nədən sığortalanmayıb, Allahın yazdığı taleyi heç kim dəyişə bilməz. Mənim bir qız övladım var, onun gələcəyi üçün belə şeylərlə gündəmə gəlmək istəmirəm. Son dəfə açıqlama verib bu söhbətin bağlanmağını istəyirəm, media nümayəndələrindən xahiş edirəm, ailəm haqqında yazmasınlar. Ramil Vəliyev mənim övladımın atasıdır, ona böyük hörmətim var. İki mədəni insan kimi ayrılıq qərarı almışıq, rəsmi boşanma hələ baş verməyib, ərizə imzalayıb vermişəm."