Keçmiş Əri Toya Xanımı İlə Gəldi - FOTO

Müğənni Afət Fərmanqızı oğlunun toyunda keçmiş həyat yoldaşı ilə bir araya gəlib. Toyda iştirak edən cütlük və onların münasibətləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Keçmiş Əri Toya Xanımı İlə Gəldi - FOTO
Afət Fərmanqızı
reklam

Müğənni Afət Fərmanqızı, ötən gün paytaxtın məşhur məkanlarından birində oğlu Hüseynin toyu münasibətilə məclis təşkil edib. Məclisə xanım ifaçının yaxınları və sənət yoldaşları qatılıb. Daha çox diqqət çəkən məqam isə, toyda Afət Fərmanqızının keçmiş həyat yoldaşı və onun yeni ailə üzvlərinin iştirak etməsi olub. Hüseynin atası, Afətin ilk həyat yoldaşı, toy məclisinə ikinci həyat yoldaşı və övladları ilə gəlmişdi. Afət Fərmanqızı keçmiş həyat yoldaşının yeni xanımını təqdim edərək, "Hüseynin ikinci anasıdır, kostyumunu onlar seçiblər," – deyərək münasibətlərinin dostcasına olduğunu vurğulayıb. Müğənni, toya gələn qonaqlar ilə səmimi bir şəkildə görüşərək onları qarşılayıb. Qeyd edək ki, Afət Fərmanqızının oğlu, xaricdə təhsil alıb və hal-hazırda Avropada yaşayır və işləyir. O, müğənninin ilk həyat yoldaşından olan yeganə övladıdır.