Keçmiş əri tərəfindən hədələndiyini açıqladı-FOTO

Türkiyəli model Ebru Şallı boşanma prosesinin davam etdiyi əri Uğur Akkuşun ona qarşı təhdidlər və saxta ittihamlar irəli sürdüyünü açıqlayıb. Sosial media hesabından verdiyi açıqlamada, Şallı həyatına və ailəsinə qarşı edilən bu təhdidlərin çox incitici olduğunu bildirib.

Keçmiş əri tərəfindən hədələndiyini açıqladı-FOTO
Ebru Şallı
reklam

Türkiyəli model Ebru Şallı, keçmiş əri Uğur Akkuş tərəfindən bir neçə aydır təhdidlər və saxta ittihamlar aldığını açıqlayıb. Şallı, sosial şəbəkə hesabında verdiyi açıqlamadan sonra bu vəziyyətin onu, ailəsini və yaxınlarını çox incitdiyini qeyd edib. O, ölümlə hədələndiyini və sosial şəbəkələrdə insanlara böhtan atıldığını vurğulayıb. Şallı, bütün qanuni addımları atdığını və bu çətin dönəmdə ona dəstək olan hər kəsə təşəkkür etdiyini bildirib.