“Kiminsə cibinə baxaraq yaşamıram”

Müğənni Sevinc Səfərova burun əməliyyatı ilə bağlı suallara cavab verərək, öz zəhməti ilə qazandığını bildirib.

“Kiminsə cibinə baxaraq yaşamıram”
Sevil Sevinc Səfərova
reklam

Müğənnilər Sevinc və Sevil Səfərovalar instaqramda izləyicilərinin suallarını cavablandırıb.

Sevinc Səfərova burun əməliyyatı ilə bağlı ona ünvanlanan “Nəyə lazım idi burun? Pulun çoxdur?” sualına sərt cavab verib.

“Pulumun olub-olmaması sizi niyə narahat etməlidir?! Allah hər kəsə fərqli həyat nəsib edir… Yoxsulluğun nə olduğunu da zamanında görmüşük… Mən kiminsə cibinə baxaraq yaşamıram, öz zəhmətimizin bəhrəsini görürük” – deyə müğənni bildirib.

Qeyd edək ki, Səfərova bacıları uzun illərdir musiqi sahəsində fəaliyyət göstərir və sosial mediada aktiv paylaşımlar edirlər.