"Kurtlar Vadisi"nin Gamzesinin Son görünüşü heyranlıq doğurdu-VİDEO
"Kurtlar Vadisi" serialında Gamze obrazı ilə tanınan keçmiş model Didem Taşlan uzun fasilədən sonra yenidən gündəmə gəlib. 50 yaşlı aktrisa qatıldığı bir dəvətdə diqqət mərkəzində olub. Onun yeni görüntüsü sosial mediada geniş əks-səda doğurub. Pərəstişkarları Taşlanın cazibədar görünüşünü belə şərh ediblər: “İllər ona toxunmayıb”, “Hələ də gözəlliyi ilə heyran edir”. Uzun müddətdir ki, ekranlardan uzaq qalan keçmiş modelin enerjisi və zərifliyi onu yenidən diqqət mərkəzinə gətirib.
