Məşhur aktyor dükan-dükan gəzib borc ödəyir

Uğur Aslan və həyat yoldaşı Sema Ergenekon, Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkmiş ailələrə yardım edib. Cütlük, zəlzələ qurbanlarının market borclarını ödəyərək böyük bir həssaslıq nümunəsi göstərib. Aktyor, bu kömək haqqında danışmaq istəməsə də, öz imkanları daxilində insanlara dəstək olduqlarını bildirib.

Məşhur aktyor dükan-dükan gəzib borc ödəyir
Uğur Aslan və Sema Ergenekon
reklam

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdə 11 ailə üzvünü itirən məşhur aktyor Uğur Aslan və həyat yoldaşı Sema Ergenekon, zəlzələdən zərər çəkənlərə yardım etmək üçün market borclarını ödəyirlər. Cütlük, ötən axşam bir məkandan çıxarkən jurnalistlərlə görüşüb, zəlzələ qurbanlarına yardım etdiklərini açıqlayıblar. Müxbirin, "Dükan-dükan gəzib, zəlzələdən zərər çəkmiş ailələrin borcunu ödəyirsiniz" sualına Uğur Aslan, "Bu barədə danışmaq istəmirəm. Çox şükür dəstək olmaq imkanımız var, edirik" cavabını verərək, söhbəti bitirib.

Aktyor, keçən il final edən məşhur "Yargı" serialında Eren komiser obrazını canlandırmışdı, həyat yoldaşı Sema Ergenekon isə serialın ssenaristi idi.