Məşhur modelyer dekolte haqqında: "Bu, qadınlığa təhqirdir"

Türkiyəli məşhur modelyer Cemil İpekçi, açıq-saçıq geyimlər və dekolte ilə bağlı fikirlərini bölüşüb. O, belə paltarların qadına və qadınlığa hörmətsizlik olduğunu vurğulayıb.

Məşhur modelyer dekolte haqqında: "Bu, qadınlığa təhqirdir"
Cemil İpkeci
reklam

Türkiyəli məşhur modelyer Cemil İpekçi, paltar dizaynı ilə bağlı fikirlərini açıqlayıb. O, açıq-saçıq geyimləri və dekolteyi sərt tənqid edərək, bunun qadına və qadınlığa hörmətsizlik olduğunu bildirib. İpekçi, "Dekolte, çox diqqətlə istifadə edilməlidir. Bir paltarın ön tərəfi, arxası və yarığı açıq olsa da, bu hələ kifayət etmir, üstəlik daha çox açıq yer əlavə edirlər. Sinənin yarısı da görsənirsə, bu, qadına hörmətsizlikdir. Bədənini nümayiş etdirib sonra da 'məni seks obyekti kimi görürlər' deyirsinizsə, o zaman şikayət etməyə haqqınız yoxdur", deyə qeyd edib. O, belə geyinən bir qadınla küçəyə çıxmayacağını və bəzən dostlarına çılpaq görünməmələrini tövsiyə etdiyini əlavə edib.