Madonna 38 yaş kiçik sevgilisi ilə nişanlandı - FOTO
Məşhur müğənni Madonna, gənc sevgilisi Akim Morris ilə nişanlandığını sosial şəbəkədəki yeni fotolarında gözəl brilyant üzük nümayiş etdirərək qeyd edib.
66 yaşlı Madonna, yeni il münasibətilə bir neçə foto paylaşaraq, 28 yaşlı futbolçu sevgilisi Akim Morris ilə nişanlandığını işarə edib. O, sosial media səhifəsində övladları və sevgilisi ilə birlikdə Yeni il şənliyindən fotolarını paylaşıb. Şəkillərdən birində Madonnanın adsız barmağında parlaq bir brilyant üzük əks olunub. Müğənni, üzüyü daha yaxşı göstərmək üçün əlinə yaxınlaşdıraraq diqqətləri üzərinə çəkib. Yeni il ziyafətində qara geyimi ilə parlayan üzük, çoxsaylı fotolarda izləyicilərin marağını cəlb edib.
Madonna bu xəbərlə bağlı hələlik əlavə açıqlama verməyib. Lakin, şərh bölməsində o, izləyicilərini Yeni il münasibətilə təbrik edərək sevgi və cəsarətli insanlara tostd edəcəyini bildirib. "Mən cəhənnəmdə oldum və geri qayıtdım, icazə verin deyim ki, bu möhtəşəm idi! Bu sözləri Yeni il öncəsi Tokioda keçirilən Luyza Burjo sərgisində eşitdim. Bu ifadə sanki məndən alınmışdı. Ana və sənətkar olmaq həm sevinc, həm də əzabdır. Mən başqa cür bir həyat təsəvvür edə bilmirəm," deyə o, paylaşımında qeyd edib.
Xatırladaq ki, Madonna iki dəfə ailə qurub. İlk əri, 1985-1989-cu illərdə aktyor Şon Penn olub. Daha sonra isə, 2000-ci ildə müğənni Qay Riçi ilə evlənib, lakin onların münasibətləri səkkiz il davam edib. Madonna və gənc sevgilisi ilə bağlı ilk məlumatlar ötən ilin iyul ayında yayılmışdı. Hətta münasibətlərinin sona çatdığına dair şayiələr də vardı, lakin Madonna öz sevgilisi ilə yeni fotolar paylaşaraq bu məlumatları təkzib edib.