Qaçaqmalçılıq İttihamı ilə Saxlanıldı
"Miss Rusiya" və "Dünya Gözəli 2015" titulunun sahibi Sofiya Nikitçuk Moskvanın Vnukovo hava limanında saxlanılıb. O, 12 milyon rubl dəyərində zinət əşyalarını qaçaqmalçılıq yolu ilə xaricə apararkən tutulub. Cinayət işinin başlanması məsələsi üzərində işlər davam edir və Nikitçuk 5 ilə qədər həbs cəzası ala bilər.
"Miss Rusiya" və "Dünya Gözəli 2015" titulunun sahibi Sofiya Nikitçuk Moskvanın Vnukovo hava limanında saxlanılıb. O, 12 milyon rubl dəyərində zinət əşyalarını qaçaqmalçılıq yolu ilə xaricə apararkən tutulub. Zinət əşyaları arasında "Patek Philippe" saatı, iki bahalı üzük və bir "Cartier" boyunbağısı yer alır. Nikitçuk, həmin əşyaların şəxsi olduğunu bildirsə də, əlavə açıqlama verməkdən imtina edib. Zərgərlik məmulatlarının təxminən 12 milyon rubl dəyərində olduğu bildirilir. Hazırda qaçaqmalçılıq və gömrük rüsumlarından yayınma ilə bağlı cinayət işinin başlanması məsələsi üzərində işlər aparılır. Sofiya Nikitçuk 5 ilə qədər həbs cəzası ala bilər.