Moskvada fanatı Can Yamana evlilik təklifi etdi-FOTO

Türkiyənin məşhur aktyoru Can Yaman Moskvanın "Oktyabr" kinoteatrında keçirilən "El Turco" filminin qala gecəsində pərəstişkarlarının böyük diqqəti ilə qarşılanıb. Hətta bir fanatı ona evlilik təklifi edib və üzük hədiyyə verib.

Moskvada fanatı Can Yamana evlilik təklifi etdi-FOTO
Can Yaman
reklam

Türkiyənin tanınmış aktyoru Can Yaman Rusiyanın paytaxtı Moskva şəhərinə gəlib. 35 yaşlı ulduz burada çəkildiyi "El Turco" filminin qala gecəsinə qatılıb. Tədbir Moskvanın məşhur "Oktyabr" kinoteatrında baş tutub.

Can Yaman premyeraya qara şıq kostyumda gəlib və fotomüxbirlərə qırmızı xalça üzərində pozalar verib. Tədbir boyu onun ətrafını çox sayda xanım fanatı əhatəyə alıb, onunla şəkil çəkdirmək və ünsiyyət qurmaq üçün bir-biri ilə yarışıb.

Təəccüblü anlardan biri isə bir fanatın Can Yamana evlilik təklifi etməsi olub. Xanım aktyora üzük hədiyyə edərək, ona evlənmək istədiyini bildirib. Can Yaman bu təklifi qəbul etməsə də, üzüyü hədiyyə olaraq götürüb.

Qırmızı xalça mərasimindən sonra aktyor gurultulu alqışlar altında filmin təqdimatı üçün zalda yerini alıb.

reklam
reklam