Müğənni Qarabağda yeni vəzifəyə təyin edildi

Müğənni Ayaz Qasımova yeni vəzifə təklif edilib. O, bu barədə ilk dəfə qonaq olduğu televiziya verilişində danışıb. Sənətçi Qarabağda fəaliyyət göstərəcəyini və bu təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib.

Müğənni  Qarabağda yeni vəzifəyə təyin edildi
Ayaz Qasımov
reklam

Müğənni Ayaz Qasımova yeni vəzifəyə təyin edilib. O, bu barədə qonaq olduğu "Qonaqcanlı" verilişində danışıb.

"Bəli, mənə təklif gəlib və bu təklifi etdiklərinə görə minnətdaram. Estrada fakültəsinə rəhbər təyin olunmuşam. Bu, Mədəniyyət və İncəsənət Universiteti deyil. Hazırda geniş açıqlama vermək istəmirəm, lakin tezliklə hər kəs biləcək. Qarabağda olacağam, orada fəaliyyət göstərəcəyəm. Qarabağ sürətlə inkişaf edir, gözəlləşir və mən bu təklifi böyük məmnuniyyətlə qəbul etmişəm," - deyə Ayaz Qasımova bildirib.