Müğənni Zaur Kamalın qarşısında efiri tərk etdi

Aparıcı Zaur Kamal ilə müğənni Əminə Şirin arasında "Həmin Zaur" verilişində baş verən gərgin mübahisə, müğənninin efirdən ayrılmasına səbəb olub. Gecikmə səbəbiylə başlayan mübahisə, Əminə Şirinin efiri tərk etməsinə qədər gedib çıxıb.

Müğənni  Zaur Kamalın qarşısında efiri tərk etdi
Zaur Kamal və Əminə Şirin
reklam

Aparıcı Zaur Kamal və müğənni Əminə Şirin arasında "Həmin Zaur" verilişində gərgin anlar yaşanıb. Gecikmə səbəbindən baş verən mübahisə, müğənninin efiri tərk etməsi ilə nəticələnib.

Zaur Kamal, Əminə Şirini qarşılayarkən, "Xoş gəlmisiniz, sizi başa düşürəm, xanımsınız. Bəs o birilər niyə gecikir? Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan gecikmirlər" sözlərini deyib.

Əminə Şirin buna sərt reaksiya verərək, "Orada birtəhər salamlaşdınız, burada da xoş gəldiniz deyirsiniz. Siz bizim yerimizə olsaydınız nə edərdiniz? Verilişi aparırsınız və gedirsiniz. Bizim klipimiz, efirimiz, salonumuz var. Heç kim bilərəkdən bunu etmir. Narazısınızsa, gedə bilərəm. Xanım olaraq məndən üzr gözləyirsiniz. Çox aqressivsiniz. Tamaşaçılardan üzr istəyirəm. Qonağı belə qarşılamazlar. Məni cücə-mücə ilə səhv salırsınız. Bunu "Yeni ulduz"dan dünən "çık" edənlərə tətbiq edə bilərsiniz" sözləri ilə efiri tərk edib.

Verilişdəki bu gərgin anlar izləyiciləri heyrətləndirdi.