Məleykəyə Yalvardım ki, Evlənsin – Bilal Əliyev Sirləri Açdı

Bilal Əliyev Məleykə Əsədovanın keçmiş həyat yoldaşı ilə evlənməsinin arxasında duran maraqlı hadisələri ilk dəfə açıqlayıb. Onun sözlərinə görə, bu evlilikdə böyük rol oynayıb.

Məleykəyə Yalvardım ki, Evlənsin – Bilal Əliyev Sirləri Açdı
Məleykə Əsədova,Bilal Əliyev
reklam

Xalq artisti Bilal Əliyev, həmkarı Xalq artisti Məleykə Əsədovanın keçmiş həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib.

Aparıcısı olduğu "Qonaqcanlı" verilişində sənətçi bildirib ki, Məleykə Əsədova onun qohumu ilə ailə qurub. O, bu evlilikdə özünün də rol oynadığını etiraf edib:

"Məleykə Əsədova sənətində böyük uğurlar əldə etmişdi, amma ailə qurmaq istəmirdi. Anası narahat idi və deyirdi ki, vaxt keçir, ailə qursun. Məleykə isə ailə həyatı barədə fikirləşmirdi. Axırda anası mənə dedi ki, sən Məleykəyə təsir edə bilərsən. Mən də onunla danışdım, yalvardım ki, evlənsin. İş elə gətirdi ki, Məleykə bizim qohumla ailə qurdu. İndi onların qızı Gülər də mənim qohumumdur."

Məlumat üçün qeyd edək ki, Məleykə Əsədova illər əvvəl həyat yoldaşından ayrılıb və bu evlilikdən Gülər adlı bir qız övladı var.