"Mən gözlərinə niyə ox olub batıram, bilmirəm!"

Son zamanlar qalmaqallarla gündəmə gələn Ülviyyə Namazova "Maqazin Plus" verilişində həmkarlarına səslənib. Müğənni onların gözlərinə "ox olub batdığını" deyərək sərt ifadələr işlədib və əsəblərinə hakim ola bilməyib.

"Mən gözlərinə niyə ox olub batıram, bilmirəm!"
Ülviyyə Namazova
reklam

Son vaxtlar qalmaqallarla gündəmdən düşməyən Ülviyyə Namazova yenidən diqqət mərkəzinə düşüb. Müğənni "Maqazin Plus" verilişində sualları cavablandırarkən həmkarlarına sərt mesaj göndərib.

O, "Mən gözlərinə niyə ox olub batıram, bilmirəm!" sözləri ilə bəzi sənət adamlarını hədəfə alıb. Ülviyyə Namazova açıqlaması zamanı hisslərini cilovlaya bilməyib və açıq şəkildə narazılığını dilə gətirib.