Mərhum aktyor Azər Baxşəliyevin ölümlə bağlı kədərli açıqlaması

Mərhum aktyor Azər Baxşəliyev bir vaxtlar verdiyi müsahibələrində ölüm haqda düşündüklərini və bunun qorxulu olmadığını bildirmişdi. Sənətçi, ölümün həyatın bir hissəsi olduğunu vurğulayıb və ölümdən qorxanların həyatını düzgün yaşamadığını söyləyib.

Mərhum aktyor Azər Baxşəliyevin ölümlə bağlı kədərli açıqlaması
Azər Baxşəliyev
reklam

Mərhum aktyor Azər Baxşəliyev vaxtilə ölümlə bağlı düşündüklərini bölüşərək, ölümdən qorxmadığını ifadə edib. Sənətçi, bu barədə verdiyi müsahibələrində bildirib ki, "Ölümdən niyə qorxasan, ölüm haqdır." Baxşəliyev, hər kəsin bir gün öləcəyini qəbul etməli olduğunu və ölümün həyatın ayrılmaz bir parçası olduğunu vurğulayıb.

"Ölüm ola bilər ki, heç sənə qorxu imkanı yaratmasın. Sən bilmirsən nə vaxt nə ola bilər. Ölüm elə vaxt gələ bilər ki, sən onu heç gözləmirdin. Yəni heç o barədə düşünmürdün ki, qorxasan. Elə şey olmur. Bu iş əvvəl-axır hamının başına gələcək. Onu olduğu kimi qəbul etmək lazımdır", deyə Azər Baxşəliyev bildirib.

Bundan əlavə, aktyor ölümdən qorxan insanlar haqqında da maraqlı bir açıqlama verib: "Ölümdən qorxan insanlar yəqin ki, həyatını düz yaşamayanlardır. Çünki cavab verməli olacaqsan. Əgər normal yaşamısan, heç nədən peşman deyilsənsə, düzü hamı bilir. Bəzi insanlar ona göz yumur ki, mən beləyəm, bunu edirəm və mənim üçün düz budur. Amma ürəyində bilir ki, nəyisə düz etməyib. Həmin an sənin ürəyində qalıbsa, yəqin ki, sən qorxacaqsan."

Azər Baxşəliyev ölümün heç bir qorxu yaratmadığını və bunu normal qəbul etdiyini söyləyərək, "Necə deyərlər, ölüm haqdır" ifadəsini istifadə edib.