Məşhur aktyor ata olmağa hazırlaşır

"Hudutsuz Sevda" serialında Kaan obrazını canlandıran məşhur aktyor Burak Çelik ata olacağını açıqlayıb. O, bu xoş xəbəri sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Məşhur aktyor  ata olmağa hazırlaşır
Burak Çelik
reklam

Türkiyənin məşhur aktyoru, "Hudutsuz Sevda" serialında Kaan obrazını canlandıran Burak Çelik sevindirici bir xəbər paylaşıb. Aktyor sosial media hesabında paylaşdığı video ilə ata olacağını elan edib.

"Kuruluş Osman" və "Senden Daha Güzel" kimi uğurlu layihələrdə də rol almış Burak Çelik ötən ilin dekabr ayında Karadağda Ece Bayrak ilə ailə həyatı qurub. Cütlük artıq 3 aydır evlidir.

32 yaşlı aktyor sosial media hesabında “Ən gözəl sürpriz” qeydi ilə ata olacağını izləyicilərinə müjdələyib. Aktyorun paylaşımı qısa zamanda böyük marağa səbəb olub və təbrik mesajları yağmağa başlayıb.