Məşhur rusiyalı aktyor Vladimir Podolyak vəfat edib

"Dəniz şeytanları" və "Sakit Don" serialları ilə tanınan rusiyalı aktyor Vladimir Podolyak 69 yaşında dünyasını dəyişib.

Məşhur rusiyalı aktyor Vladimir Podolyak vəfat edib
Vladimir Podolyak
reklam

Məşhur rusiyalı aktyor Vladimir Podolyak 69 yaşında Krasnodar şəhərində vəfat edib.

Sənətçi "Sakit Don" və "Dəniz şeytanları" seriallarında canlandırdığı rollarla tamaşaçıların yaddaşında qalıb. O, eyni zamanda 30 ildən artıq Krasnodar Dram Teatrında fəaliyyət göstərib.

Aktyorun vəfatı sənət camiəsində dərin üzüntü ilə qarşılanıb.