Netflix-də ən çox izlənilən türk istehsalı oldu
Serenay Sarıkayanın baş rolda oynadığı "Kimler Geldi Kimler Geçti" serialı Netflix-də 2024-cü ilin ən çox izlənilən türk istehsalı olub. Serial 100 milyon saatdan çox izlənmə toplayaraq dünya miqyasında böyük uğur qazanıb. Layihə uğurlu hüquqşünas Leylanın eşq həyatı və dostluq münasibətlərindəki çətinliklərdən bəhs edir. İkinci sezonun 2025-ci ildə yayımlanacağı bildirilib.
