Neymarın sevgilisi cəsarətli fotoları ilə diqqət çəkdi-FOTOLAR

Məşhur futbolçu Neymarın sevgilisi Bruna Biankardi paylaşdığı fotolarla diqqət çəkib. O, həm şəffaf libasda cazibədar görünüşünü nümayiş etdirib, həm də Neymarın çıxış edəcəyi "Santos" klubunun fanatı kimi kamera qarşısına keçib.

Neymarın sevgilisi  cəsarətli fotoları ilə diqqət çəkdi-FOTOLAR
Bruna Biankardi
reklam

Braziliyalı futbolçu Neymarın sevgilisi Bruna Biankardi sosial mediada paylaşdığı cəsarətli fotolarla yenidən diqqət mərkəzinə düşüb.

Bruna, paylaşdığı şəkillərdən birində şəffaf geyimlə gözəlliyini və cazibədarlığını vurğulayıb. Onun bu görünüşü izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Digər fotosessiyada isə Bruna, Neymarın qarşıdakı altı ayını keçirəcəyi "Santos" klubunun fanatı kimi kamera qarşısına keçərək klubun atributları ilə poza verib.

Qeyd edək ki, Bruna Biankardi hazırda hamilədir. Cütlük qızları Mavi ilə yanaşı, daha bir övladlarını gözləyir.

reklam
reklam