Nuriyyə Hüseynova: "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir"

Əməkdar artist Nuriyyə Hüseynova toyda oxumağın sənətə bağlı olmadığını bildirib və müasir toylarda musiqinin məqsədinin sadəcə rəqs etmək olduğunu vurğulayıb.

Nuriyyə Hüseynova: "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir"
Nuriyye Huseynova
reklam

Əməkdar artist Nuriyyə Hüseynova "Xəzər axşamı" verilişində maraqlı açıqlamalar verib. O, toyda oxumağın sənətə bağlı olmadığını söyləyib. Hüseynova bildirib ki, toylara yalnız 15-30 dəqiqəlik qısa müddətə gedir və bütöv bir toyda oxumaq nadir hallarda baş verir. "Hansı toydursa, gedirəm, amma hara gəldi getmirəm. Əslində, toyda oxumaq üçün sənət lazım deyil. Mahnıdakı sözün mahiyyəti artıq insanlara maraqlı olmur. Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir", - deyə sənətçi bildirib.

Nuriyyə Hüseynova həmçinin, toylarda ifa etmə qərarını toy sahibi ilə razılaşdırdığını vurğulayıb. "Mahnıdakı sözün əhəmiyyəti, musiqinin mənası çox vaxt insanlar üçün vacib olmur. Camaat sadəcə ritmə ehtiyac duyur ki, rəqs etsin. Mənim sənətimi sevən insanlar məni dəvət edəndə, onlardan soruşuram ki, muğam ifa edim? Əgər toy sahibi istəmirsə, muğamı ifa etmirəm. Muğamı sevməyən insanlarla bir yerdə oxumaq düzgün deyil", - deyə Hüseynova sözlərinə əlavə edib.

Sənətçi muğama olan hörmətini də qeyd edərək, "Biri yemək yeyir, o biri danışır, digəri gülür, bu zaman muğama hörmətsizlik yaranır", - deyə açıqlamasını tamamlayıb.