"Nə villa, nə də çoxlu pul istəyirəm"

Aktrisa Kübra Əliyeva, mərhum aktyor Azər Baxşəliyevlə bağlı ürəkdən danışıb və Xalq artisti adını almadığı üçün heç bir kədərlənmə hissi daşımadığını vurğulayıb.

"Nə villa, nə də çoxlu pul istəyirəm"
Kübra Əliyeva
reklam

Əməkdar artist Kübra Əliyeva, mərhum aktyor Azər Baxşəliyevlə bağlı ürəkli bir açıqlama verib. Aktrisa, Xalq artisti fəxri adını almadığı üçün heç bir narahatlıq duymadığını bildirib:
"Xalq Azəri necə sevirmiş... Nə adı, nə də sanı var. Xalqın sevgisi budur", - deyə Kübra Əliyeva qeyd edib.
O, həmçinin əlavə edib: "Hərdən mənə də deyirlər ki, sənə Xalq artisti verməyiblər. Əzizlərim, bu daha yaxşıdır. Sizin sevginiz məni yaşadır, inanın. Allahdan can sağlığı və yetəri qədər ruzi istəyirəm. Artıq kim istəyirsə, ona versin. Mən nə villa, nə də çoxlu pul istəyirəm.
Allah Azərə rəhmət eləsin. Onunla ailəsinə səbr diləyirəm".