Nəvəsinin Ad Gününü Kəbədə Təbrik Etdi

Xalq artisti Natiq Şirinov Ümrə ziyarətində olarkən nəvəsi Şəmsin ad gününü Kəbədə qeyd edib. O, sosial mediada paylaşım edərək nəvəsinə xoş arzularını çatdırıb.

Nəvəsinin Ad Gününü Kəbədə Təbrik Etdi
Natiq Şirinov
reklam

Xalq artisti, tanınmış nağara ifaçısı Natiq Şirinov həyat yoldaşı Sevinclə birlikdə Ümrə ziyarətinə yollanıb. Sənətçi müqəddəs məkan olan Kəbədən nəvəsi Şəmsin 2 yaşını təbrik edib.

O, sosial mediada paylaşım edərək nəvəsinə belə səslənib:
"Ürəyim, gözümün nuru, hər şeyim Şəms balam. 2 yaşın münasibətilə baban səni Kəbədən təbrik edir. Allah səni qorusun."

Natiq Şirinovun həyat yoldaşı da nəvəsinə xeyir-dua verərək belə yazıb:
"Mənim ilk və məni nənə edən nəvəm. Atalı, analı yaşamağı diləyirəm. Savadlı, imanlı olasan. Allah bu gözəl yerdə sənə gözəl bəxt yazsın."

Qeyd edək ki, Şəms Natiq Şirinovun oğlu Ümidin övladıdır. Ümid isə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə ailəlidir.