Ofeliya Sənaninin səhhəti ilə bağlı son vəziyyət

Xalq artisti Ofeliya Sənaninin səhhətində ciddi narahatlıq yoxdur. O, ötən gün ani qan təzyiqi artımı ilə əlaqədar xəstəxanaya yerləşdirilib, lakin yaxın günlərdə evə buraxılması gözlənilir.

Ofeliya Sənaninin səhhəti ilə bağlı son vəziyyət
Ofeliya Senani
reklam

Xalq artisti Ofeliya Sənaninin səhhətində ciddi narahatlıq olmadığı bildirilib. Bu barədə APA-ya açıqlama verən tanınmış diktor və sənətkarın qardaşı, dünən günorta saatlarında ani qan təzyiqi artan Ofeliya Sənaninin xəstəxanaya yerləşdirildiyini qeyd edib. Həkimlər Xalq artistinin vəziyyətini nəzarətdə saxlayır və yaxın zamanlarda onun xəstəxanadan evə buraxılmasının planlaşdırıldığı bildirilib.