Onun adını eşidəndə göz yaşlarını saxlaya bilmir-FOTO

Məşhur pop ulduz Castin Biber, hazırda həbsdə olan reper Pi Diddinin adını eşidəndə duyğularına hakim ola bilmir. Onun ətrafındakı insanlara reper haqqında danışmaq qadağan edilib.

Onun adını eşidəndə göz yaşlarını saxlaya bilmir-FOTO
Justin Bieber
reklam

Dünyaca məşhur müğənni Castin Biber, ona şou-biznes dünyasında dəstək olmuş, lakin hazırda həbsdə olan reper Pi Diddinin (Şon Kombs) adını eşidəndə duyğularına hakim ola bilmir və göz yaşlarını saxlaya bilmir.

Biberin yaxın ətrafının verdiyi məlumata görə, o, Diddi ilə bağlı hər hansı bir söhbəti eşitmək istəmir və bu mövzuya toxunulmasını qadağan edib. Məşhur reper seks alveri, zorakılıq və hədələmə kimi ciddi ittihamlarla üzləşib.

"Biber bu vəziyyəti qəbul etməkdə çətinlik çəkir. Hər gün yeni xəbərlər çıxır və bu, onun psixi sağlamlığına mənfi təsir göstərir," - deyə, gizli mənbə bildirib.

Castin Biberin dostları və ailə üzvləri may ayında baş tutacaq məhkəməni səbirsizliklə gözləyirlər. Onlar inanırlar ki, Pi Diddinin hökmü və aldığı cəza Biber üçün bu çətin dövrün bitməsi anlamına gələcək.

reklam
reklam