"Opera müğənnilərinə hörmət edin"
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, müğənni İntiqam Kərimovun opera müğənniləri haqqında verdiyi açıqlamaları tənqid edərək, onun musiqi karyerası və opera sənətinə münasibətini sərt şəkildə pisləyib.

En son haberleri, güncellemeleri ve özel teklifleri doğrudan gelen kutunuza almak için abone listemize katılın
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, müğənni İntiqam Kərimovun opera müğənnisi Vəfa Şərifovaya dair açıqlamalarını sərt şəkildə tənqid edib. İntiqam Kərimov, "Heç bir opera müğənnisi bu il belə təmiz oxumur" deyərək opera ifaçılarına münasibətini açıqlamışdı. Bu açıqlamalara cavab olaraq Hüseyn Məhəmmədoğlu, Kərimovu qınayıb və onun musiqi karyerasını da sərt şəkildə qiymətləndirib.
Məhəmmədoğlu, "Vəfanın 'Dilbərim' ariyasını oxumasına yaxşı yanaşdım. Axır ki, yaxşı repertuara müraciət edib, normal oxuyub. Amma İntiqamın belə danışmağı düzgün deyil. İntiqam müəllim, siz bu günə kimi nə oxumusunuz? Siz Aygün Bəylər, Elçin Cəlilovun müəllimi olsanız nə edərdiniz? Onların bir faizini oxumursunuz. Opera ifaçılarına hörmətlə yanaşmaq lazımdır. Azərbaycanın o boyda sənətkarları var: Fidan və Xuraman Qasımovalar, Ramil Qasımov, Samir Cəfərov, Yusif Eyvazov" ifadələrini istifadə edib.
Məhəmmədoğlu, opera sənətini və müğənnilərinin əhəmiyyətini vurğulayaraq, İntiqam Kərimovun bu cür fikirlərlə opera ifaçılarına hörmətsizlik etdiyini qeyd edib.
admin Şub 13, 2025 0 438
admin Eki 31, 2024 0 169
admin Eki 31, 2024 0 130
AsimanFərzəliyeva Şub 9, 2025 0 51
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 10
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
AsimanFərzəliyeva Mar 22, 2025 0 8
Toplam Oy: 22
Çox əlaSaytımız sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlər istifadə edir. Sayta giriş edərək çərəzləri qəbul edirsiniz. Daha Çox