Övladlarının uğuru Leyla Quliyevanı qürurlandırdı

Tanınmış aparıcı Leyla Quliyeva övladlarının uğuru ilə bağlı paylaşımı ilə diqqət çəkib. O, Beynəlxalq Kopernik Riyaziyyat Olimpiadasında qızının bürünc medal qazandığını və oğlunun iştirak etdiyini bildirərək sevincini bölüşüb.

Övladlarının uğuru Leyla Quliyevanı qürurlandırdı
Leyla Quliyeva
reklam

Aparıcı Leyla Quliyeva övladlarının uğuru ilə bağlı paylaşımı ilə izləyicilərinin diqqətini çəkib. O, qızı və oğlunun Beynəlxalq Kopernik Riyaziyyat Olimpiadasında iştirak etdiyini və qızının bürünc medal qazandığını bildirib.

"Riyaziyyat heç vaxt mənim güclü tərəfim olmayıb və xüsusi marağım da olmayıb. Sadəcə, qiymət xatirinə oxumuşam. Olimpiadalarda iştirak edib mükafat qazanmaq mənim üçün uzaq idi. Amma bu gün qürur duyuram, çünki qızım bürünc medal qazandı, oğlum isə iştirakçı oldu. Həm övladlarımla, həm də onların müəllimləri ilə fəxr edirəm. Allah bütün valideynlərə bu sevinci yaşamağı nəsib etsin," – deyə aparıcı sosial media paylaşımında qeyd edib.

Qeyd edək ki, Leyla Quliyeva rejissor Abbas Quliyevlə ailəlidir. Cütlüyün Adnan adlı oğlu və İradə adlı qızı var.