"Pəncərəni bağlayırsan ki, bunu eşitməyəsən"

Əməkdar artist Gülüstan Əliyeva açıq-saçıq geyimlərə və bayağı mahnılara qarşı tənqidlərini bildirib. O, tamaşaçıların tənqid etdikləri müğənniləri öz məclislərinə dəvət etdiklərini və onlara dəyər verdiklərini vurğulayıb.

"Pəncərəni bağlayırsan ki, bunu eşitməyəsən"
Gülüstan Əliyeva
reklam

Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənnilərin geyimi və dinləyicilərin zövqü ilə bağlı fikirlərini səsləndirib. O, tamaşaçıların açıq-saçıq geyinən müğənniləri tənqid etməsinə baxmayaraq, onları öz məclislərinə dəvət etdiklərini bildirib:

"Hansısa bir Xalq və ya Əməkdar artist bir az açıq-saçıq geyinəndə dərhal tənqid edirlər. Amma eyni zamanda el şənliklərində, yubileylərdə, toylarda məhz açıq-saçıq geyinən müğənniləri çağırıb onlara pul xərcləyirlər. Siz tamaşaçılar, açıq-saçıq geyinən müğənnilərə dəyər verirsiniz. Bunları etməyin!" – deyə sənətçi vurğulayıb.

Gülüstan Əliyeva həmçinin məclislərdə muğama marağın azalmasından da şikayətlənib:

"Məclisdə muğam oxumaq istəyirsən, deyirlər ki, keçin mahnıya. Bəs sənin milli dəyərlərin? Axı sən azərbaycanlısan! Amma bayağı mahnılara qulaq asırsınız. Şəhərdə maşınlarda elə səslə dinləyirlər ki, avtomobilin buferləri tərpənir. İnsan baxır, utanır. Pəncərəni bağlayırsan ki, bunu eşitməyəsən!"

Əməkdar artist dinləyiciləri daha keyfiyyətli musiqiyə önəm verməyə çağırıb.

reklam
reklam