"Qız məni boğurdu, xırıldayırdım"
Tanınmış aparıcı Elgiz Əkbər canlı yayım zamanı başına gələn qorxunc hadisədən danışıb. O bildirib ki, illər əvvəl verilişlərindən birində psixi pozğunluqdan əziyyət çəkən 15 yaşlı bir qız ona hücum edib və boğazından tutaraq onu boğmağa çalışıb. Hadisə efirə çıxan zaman studiyadakıların şok keçirdiyini və heç kimin ona kömək etmədiyini deyən aparıcı, bu görüntülərin Türkiyə, İsrail və Hindistan televiziya kanallarında yayımlandığını vurğulayıb.
