Qızına duyğusal ad günü təbriki etdi-FOTO

Müğənni Ayan Babakişiyeva qızı Selena ilə bağlı paylaşım edərək ona ürək sözlərini yazıb. O, qızına yalnız xoşbəxtlik və sağlamlıq arzulayıb.

Qızına duyğusal ad günü təbriki etdi-FOTO
Ayan Babakişiyeva
reklam

Müğənni Ayan Babakişiyeva qızı Selena ilə bağlı paylaşım edərək onu ad günü münasibətilə təbrik edib.

Sənətçi qızına duyğusal mesaj ünvanlayıb: "Gücüm, qüvvətim, sərvətim, sənə bu həyatda ancaq şans və sağlamlıq diləyirəm. Sənsiz dünyam olmasın. Sən mənim ən dəyərli varlığımsan, qızım. Vicdanlı, mərhəmətli olmağı unutma. O zaman ətrafında da yaxşı insanlar olacaq. Ad günün mübarək, gözəl balam."

Ayan Babakişiyevanın bu paylaşımı izləyicilərinin böyük marağına səbəb olub.