"Sənə dünyanın bütün xoşbəxtliyini arzu edirəm"-FOTO

Əməkdar artist Dilarə Əliyeva, qızı Banu ilə bağlı duyğusal bir paylaşım edib və onun doğum gününü qeyd edərək, ona sevgi dolu arzularını bildirib.

"Sənə dünyanın bütün xoşbəxtliyini arzu edirəm"-FOTO
Dilarə Əliyeva
reklam

Əməkdar artist Dilarə Əliyeva, qızı Banu ilə bağlı duyğusal bir paylaşım edib. O, qızının doğum gününü qeyd edərək, həyatında onun varlığının nə qədər dəyərli olduğunu vurğulayıb. "Canım qızım, doğum günündən bir gün ötür. Doğulduğun gün də, ondan sonrakı günlər də mənim üçün dəyərlidir. Çünki həyatımda sən varsan. Həyatıma işıq gətirən, mənim qürur mənbəyim olan sevimli balam, sənə dünyanın bütün xoşbəxtliyini, sağlamlığını və uğurlarını arzu edirəm. Banum, sənin gülüşün hər zaman mənim ürəyimi isitdi və həyatımın ən böyük sevinci oldu. Həyatın boyunca addım atdığın hər yolda uğur qazanasan, hər zaman xoşbəxt olasan və heç vaxt gülüşünü üzündən əskik etməyəsən. Mən səni sonsuz sevirəm və hər zaman sənin yanında olacağam," - deyə Dilarə Əliyeva qızına olan sevgisini ifadə edib.