"Sandık Kokusu" serialına daha bir azərbaycanlı aktyor qatılıb
Türk serialı "Sandık Kokusu"na yeni bir azərbaycanlı sima daxil olub. Aktyor Nəsiman Rüstəmzadə layihənin növbəti bölümündə rol alıb.
Türk serialı "Sandık Kokusu"na daha bir azərbaycanlı aktyor qatılıb. Aktyor Nəsiman Rüstəmzadə, serialın növbəti bölümündə yer alacaq. O, Burak obrazına həyat verən sənətçi Irmak personajının dostunu canlandırır. Bu serialda, həmçinin tanınmış azərbaycanlı aktrisa Nəsrin Cavadzadə də rol alır.