Selena Qomez Trampın Siyasətinə Göz Yaşları ilə Etiraz Etdi
Dünyaca məşhur müğənni və aktrisa Selena Qomez, ABŞ Prezidenti Donald Trampın miqrantlara qarşı sərt siyasətinə göz yaşları ilə reaksiya verib. Sosial media paylaşımında duyğularını bölüşən sənətçi, insanlara qarşı empatiyanın vacibliyini vurğulayıb.
Məşhur müğənni və aktrisa Selena Qomez, ABŞ Prezidenti Donald Trampın miqrantlara qarşı sərt siyasətini emosional reaksiya ilə qarşılayıb. Sosial media hesabında paylaşdığı video vasitəsilə fikirlərini ifadə edən sənətçi duyğularını gizlədə bilməyib.
32 yaşlı Qomez, Trampın qeyri-qanuni mühacirləri kütləvi şəkildə deportasiya etmək planlarına toxunaraq göz yaşları içində bunları deyib:
"Çox üzr istəyirəm, kaş ki, bir şey edə biləydim, amma bacarmıram. Nə edəcəyimi bilmirəm. Hər şeyi sınayacağam, söz verirəm."
Paylaşımından bir müddət sonra Selena video paylaşımını silərək, "Görünür, insanlara qarşı empatik olmaq yaxşı deyil," sözlərini əlavə edib.
Qeyd edək ki, İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən həyata keçirilən əməliyyatlarda 956 nəfərin həbs edildiyi bildirilib. Bu əməliyyat, Trampın hakimiyyətə gəldikdən sonra miqrasiya ilə bağlı həyata keçirilən ən böyük əməliyyatlardan biri kimi tarixə düşüb.