Şinasi Yurtseverin ölümü ilə bağlı yeni detallar
Türkiyəli aktyor Şinasi Yurtseverin ölümü ilə bağlı yeni faktlar üzə çıxıb. Aktyorun anasının onun vəfatından xəbərsiz olduğu bildirilir. O, ötən il mədə xərçəngi diaqnozu almış, son günlərində isə sətəlcəm səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
