"Siyah kalp" serialının aktyorları arasında dava düşdü

Kapadokyada məşhur "Siyah kalp" serialının çəkiliş meydançasında gərgin anlar yaşanıb. İddiaya görə serialda "Samet" obrazını canlandıran Burak Sergen və "Bünyamin" obrazını canlandıran Bülent Polat çəkiliş zamanı dava edib.

"Siyah kalp" serialının aktyorları arasında dava düşdü
"Siyah kalp" serialı
reklam

Birsen Altuntaşın xəbərinə görə Burak Sergen məşq edərkən serialda "Hikmət" obrazını canlandıran Esra Dermancıoğlu və Bülent Polat öz aralarında danışıb, gülüblər. Burak Sergen bu vəziyyətə əsəbiləşincə üç nəfər arasında mübahisə başlayıb. Mübahisə böyüyərkən Sergen Polata hücum edib.

Qəzəbli ikili set komandasının müdaxiləsindən sonra ayrılıb. Döyüş səbəbiylə set bağlanıb. Ləğv edilən səhnə heç bir problem olmadan dünən yenidən çəkilib. Ancaq Burak Sergen, Bülent Polat və Esra Dermancıoğlunun işdən kənarda danışmadığı öyrənilib.