“Şou göstərirlər”

Mərhum Əməkdar artist Aygün Bəylərin ölüm ildönümündə bacısı Zümrüd Hümbətova ailə daxilində miras qalmaqalı ilə bağlı sərt açıqlamalar verib. O, bacılarının mərhum sənətçini sadəcə nümayiş üçün yad etdiklərini iddia edib.

“Şou göstərirlər”
Aygün Bəylər
reklam

Bu gün Azərbaycanın mərhum müğənnisi, Əməkdar artist Aygün Bəylərin vəfatının birinci ildönümüdür. Bacısı Zümrüd Hümbətova verdiyi açıqlamada ailə daxilindəki gərginlikdən danışıb.

Zümrüd xanım mərasimin Yeni Suraxanı qəsəbəsindəki "Nur" mərasim zalında keçiriləcəyini, lakin iştirak etməyəcəyini bildirib:
“Sağlığında ona yaxın durmayan bacılar indi guya onu çox sevirmiş kimi camaata şou göstərirlər. Mən Aygünü ürəyimdə yaşadıram, digərləri isə göstəriş üçün nəsə edir.”

O, bacısı Aynuru ittiham edərək, Aygünün ölümündən sonra bütün varidatın onun nəzarətinə keçdiyini iddia edib:
“Anam rəhmətə gedəndən sonra evini satıb. Qardaşım tutulanda onun da malını-mülkünü satıb. İndi də Aygünün varidatını ələ keçirib. Məni hər şeydən uzaqlaşdırdılar. Halbuki Aygün Cananı mənə etibar etmişdi. Amma indi kənara çəkilmişəm.”

Zümrüd Hümbətova mərhum müğənninin qızı Cananın vəziyyətindən də narahatlığını bildirib:
“Canan Aynur xalasının yanındadır, amma yaşadığı mühit Aygünün arzuladığı kimi deyil. Heç kim maraqlanmır, hər kəs yalnız özünü düşünür.”