"TikTok çirkli pulların yuyulması üçün istifadə olunur"

Aparıcı İlkin Həsəni TikTok-un idarə olunmayan mexanizm olduğunu və çirkli pulların yuyulması üçün istifadə edildiyini açıqlayıb.

"TikTok çirkli pulların yuyulması üçün istifadə olunur"
İlkin Həsəni
reklam

Aparıcı İlkin Həsəni TikTok platformasında çirkli pulların necə yuyulmasından danışıb. Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "Baku Aktual" verilişində qonaq olan aparıcı bu prosesin necə baş verdiyini izah edib.

Onun sözlərinə görə, Meta şirkətinə məxsus FacebookInstagram üzərindən edilən ödənişlər zamanı 18 faiz vergi tutulur, YouTube isə gəlir əldə edənlərdən rəsmi bank hesabı və vergi məlumatı tələb edir.

Lakin TikTok-da belə nəzarət mexanizmi olmadığını vurğulayan aparıcı bildirib ki, bu platforma çirkli pulların yuyulması üçün geniş istifadə olunur:

"Bir nəfərin əlində çirkli pullar var və o, başqa bir şəxsə deyir ki, sənə hədiyyə göndərəcəyəm, sən onu nağdlaşdırıb 50 faizini mənə qaytararsan. TikTok nəzarətdən kənar platformadır."

Qeyd edək ki, TikTok-un monetizasiya sistemləri bir çox ölkələrdə müzakirə mövzusuna çevrilib və müxtəlif tənzimləmələrin tətbiqi planlaşdırılır.

reklam
reklam