"Trendlərlə dolu dünyada klassik qalmaq istəyirəm"-DEDİ
Azərbaycanın "Eurovision" 2009 təmsilçisi Aysel Teymurzadə yeni paylaşımı ilə izləyicilərini təəccübləndirib. Sosial mediada illər öncə çəkilən fotosunu paylaşan müğənni öz stilində klassik və zamansız qalmaq arzusunu dilə gətirib.
Azərbaycanın "Eurovision" 2009 təmsilçisi Aysel Teymurzadə şəxsi sosial media hesabında nostaljik bir paylaşım edib. Müğənni illər öncə çəkilmiş bir fotosunu paylaşaraq, öz stilinə dair düşüncələrini bölüşüb: “Trendlərin hər gün dəyişdiyi dünyada kukla kimi klassik qalmaq istəyirəm,” – deyə Aysel qeyd edib. Bu paylaşımı izləyiciləri tərəfindən müsbət qarşılanıb və ona zamansız gözəllik ünvanını qazandırıb.