Türkiyədə "İlin qadını" seçildi – FOTO

Məşhur futbolçu Mauro İkardi ilə boşanması ilə gündəmdə olan Vanda Nara Türkiyədə "İlin qadını" mükafatına layiq görülüb. O, mükafatı almaq üçün ölkəyə gələrək gecədə cazibədar görünüşü ilə diqqət çəkib. Lakin bu seçim sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və bir çox məşhur şəxs buna etiraz edib.

Türkiyədə "İlin qadını" seçildi – FOTO
Wanda Nara
reklam

Məşhur futbolçu Mauro İkardi ilə qalmaqallı boşanması ilə gündəmdə olan Vanda Nara Türkiyədə "İlin qadını" mükafatına layiq görülüb.

Bu münasibətlə Türkiyəyə gələn Nara mükafat gecəsində geyindiyi çəhrayı libası ilə diqqətləri üzərinə çəkib və izləyicilərinin marağına səbəb olub.

Lakin Naranın bu ada layiq görülməsi sosial mediada mübahisələrə səbəb olub. Bir çox istifadəçi, eləcə də bəzi məşhur müğənnilər bu seçimi tənqid edərək, öz etirazlarını bildiriblər.