Toyda 8 Min Manatlıq Hədiyyə Etdi
Müğənni Üzeyir Mehdizadə, həmkarı Şöhrətin toyunda ən yüksək məbləğdə hədiyyə təqdim edən qonaq olub. Mehdizadənin toy üçün beş min dollar (təxminən 8500 manat) pul yazdırdığı bildirilir.
Azad Azərbaycan (ATV) kanalında yayımlanan "Rəngarəng" verilişində müğənni Şöhrətin toyuna ən yüksək məbləğdə hədiyyə edən şəxsin adı açıqlanıb. Məlum olub ki, bu şəxs məşhur müğənni Üzeyir Mehdizadədir. O, toya beş min dollar, yəni təxminən 8500 manatlıq pul yazdıraraq toyda dəstəyini göstərib. Şöhrət isə Üzeyirin toyda çox əziyyət çəkdiyini ifadə edərək ona minnətdarlığını bildirib.