Uzun fasilədən sonra ekranlara qayıdır

Türkiyənin məşhur istedad yarışması "Yetenek Sizsiniz Türkiye" yenidən tamaşaçılarla görüşəcək. Uzun illər Acun Ilıcalının təqdim etdiyi proqram bu dəfə fərqli bir şirkət tərəfindən həyata keçiriləcək və "Now" kanalında yayımlanacaq. Münsiflər heyətində aktrisa Eda Ece yer alacaq, digər jüri üzvləri ilə bağlı isə danışıqlar davam edir. Tezliklə digər münsiflərin adları açıqlanacaq.

Uzun fasilədən sonra ekranlara qayıdır
"Yetenek sizsiniz Türkiye" yarışması
reklam

Türkiyənin reytinqli istedad yarışması "Yetenek Sizsiniz Türkiye" uzun fasilədən sonra yenidən ekranlara qayıdır.

Uzun illər Acun Ilıcalının təqdim etdiyi layihə bu dəfə fərqli bir şirkət tərəfindən reallaşdırılacaq. Yeni mövsümdə proqram "Now" kanalında yayımlanacaq.

Münsiflər heyətində aktrisa Eda Ece yer alacaq. Hazırda digər jüri üzvləri ilə bağlı danışıqlar davam edir və tezliklə yeni adların açıqlanacağı bildirilir.