Vüsalə Əlizadə: "Əxlaq geyimdə deyil, davranışdadır!"-FOTO

Tanınmış aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən cəsur açıqlamaları ilə diqqət çəkib. Geyim tərzi ilə bağlı sual alan aparıcı, əxlaqın geyimdən çox, insanın davranışlarında olduğunu vurğulayıb. Əlizadə bəzi ailəli və qapalı qadınların gizli davranışlarının onu heyrətə saldığını bildirib.

Vüsalə Əlizadə: "Əxlaq geyimdə deyil, davranışdadır!"-FOTO
Vüsalə Əlizadə
reklam

Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə izləyicilərin suallarını cavablandırarkən geyim tərzi mövzusunda maraqlı fikirlər səsləndirib. Onun geyimləri ilə bağlı ailəsinin müdaxiləsinin olub-olmaması barədə sual verilib. Əlizadə suala belə cavab verib: "Mən artıq o yaşı çoxdan keçmişəm ki, geyimlərim müzakirə edilsin. Tərbiyə və əxlaq qadının geyimində deyil, o geyimdə özünü necə aparmağındadır. Bu mənim üçün müzakirə mövzusu belə deyil. Hətta tanıdığım bəzi ailəli və qapalı qadınlar var ki, etdiklərini öyrəndikdə dünya başıma fırlanır!" Əlizadənin bu fikirləri izləyicilər arasında geniş müzakirəyə səbəb olub və sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub.