55 min manat təzminat tələb edir
"Ritm" qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov, keçmiş komandasında olan nağaraçı və "Amarok" qrupunun rəhbəri Ramil Cahangirovdan 55 min manat təzminat tələb edir. Şirinov, Cahangirovu onun patentləşdirdiyi qavaldaş maketini oğurlamaq və ona bənzər alət hazırlamaqla ittiham edir. Məhkəmə iclası isə sabah Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək.
Xalq artisti Natiq Şirinov, "Ritm" qrupunun rəhbəri, keçmiş komandasında olan və hazırda "Amarok" qrupuna rəhbərlik edən nağaraçı Ramil Cahangirovla bağlı məhkəmədə iddia qaldırıb. O, Cahangirovu öz patentləşdirdiyi qavaldaş maketini oğurlayaraq, ona bənzər bir zərb aləti düzəltməkdə ittiham edir. Bir ildən çoxdur davam edən məhkəmə prosesində, bir neçə ekspertiza keçirilsə də, məsələyə dair konkret qərar və rəy verilmayıb. Natiq Şirinov qarşı tərəfdən 55 min manat təzminat tələb edir. Yekun məhkəmə iclası sabah Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək.