Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı son durum açıqlanıb
Azərbaycanın Xalq artisti Ənvər Həsənov insult keçirdikdən sonra xəstəxanada müalicəsini davam etdirir. Son məlumatlara əsasən, aktyor artıq reanimasiyadan palataya köçürülüb.

Dünən səhər insult keçirən Azərbaycanın Xalq artisti Ənvər Həsənov artıq reanimasiyadan çıxarılaraq palataya yerləşdirilib. Aktyorun müalicəsi həkim nəzarəti altında davam edir. Bu barədə məlumatı APA-ya Ənvər Həsənovun yaxınları verib.
Dostu Vasif Ayan da sosial şəbəkədə aktyorun səhhəti ilə bağlı paylaşım edib:
"Ənvər müəllimin vəziyyəti dünən qəfil pisləşmişdi. Hazırda səhhəti stabildir və həkim nəzarəti altında tam ciddi şəkildə müalicə olunur."
Xalq artisti hazırda 26 nömrəli Mərdəkan Xəstəxanasında müalicə alır.
Qeyd edək ki, Ənvər Həsənov Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb. O, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan və digər rolları ilə tamaşaçıların yaddaşında silinməz iz buraxıb.