Xalq artistinin oğlu yeni vəzifəyə təyin edildi-FOTO

Xalq artisti Ağaxan Abdullayevin oğlu Hikmət Abdullayev Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. O, musiqi təhsili və pedaqoji fəaliyyəti ilə tanınır.

Xalq artistinin oğlu yeni vəzifəyə təyin edildi-FOTO
reklam

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib. Bu vəzifəyə musiqiçi və pedaqoq Hikmət Abdullayev təyin olunub.

Hikmət Abdullayev tanınmış xanəndə, Xalq artisti Ağaxan Abdullayevin oğludur. O, 2015-2019-cu illərdə Azərbaycan Milli Konservatoriyasının "Xalq Çalğı Alətləri" fakültəsində kamança ixtisası üzrə təhsil alıb. 2019-cu ildən etibarən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllim kimi fəaliyyət göstərir.

Yeni vəzifəsində onun musiqi təhsilinin inkişafına töhfə verəcəyi gözlənilir.