Xalq artistinin səhhəti kritik vəziyyətdədir

Xalq artisti Ənvər Həsənovun səhhəti son günlərdə daha da ağırlaşıb. Onun qızı atasının hərəkət qabiliyyətini tamamilə itirdiyini və huşunun yerində olmadığını bildirib. Ailə üzvləri həkimlərlə məsləhətləşdikdən sonra xəstəxanaya yerləşdirmə məsələsi ilə bağlı qəti qərar verəcəklər. Sənətkarın vəziyyəti kritik olaraq qiymətləndirilir.

Xalq artistinin səhhəti kritik vəziyyətdədir
Ənvər Həsənov
reklam

Xalq artisti Ənvər Həsənovun səhhəti kritik vəziyyətdədir. Sənətkarın qızı atasının son günlərdə daha da zəiflədiyini, huşunun yerində olmadığını və hərəkət qabiliyyətini tamamilə itirdiyini bildirib. O, atasının xəstəxanaya yerləşdirilməsi ilə bağlı ailə üzvləri ilə məsləhətləşdiklərini, lakin hələlik bu qərarı vermədiklərini qeyd edib:

"Atamın təzyiqi 260-a qədər yüksəlir, yalnız dərman və iynələrlə nisbətən aşağı salırıq. Bədən hərarəti də yüksəkdir və heç nə yeyə bilmir. Həkimlər axşam evə gələcəklər, onlarla son məsləhətləşmədən sonra qərar verəcəyik."

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da səhhətinin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Ona kəskin işemik insult diaqnozu qoyulmuş, bir müddət reanimasiya şöbəsində müalicə aldıqdan sonra evə buraxılmışdı. Fevralın 3-dən etibarən o, ev şəraitində ailəsinin nəzarətindədir.