Yanan villası ilə bağlı ilk dəfə danışdı

Kenan Doğulu və Beren Saatın Los-Ancelesdəki villasının yanması ilə bağlı müğənni açıqlama verib. Kenan baş verən hadisəyə soyuqqanlı yanaşaraq önəmli olanın bundan sonra atılacaq addımlar olduğunu bildirib.

Yanan villası ilə bağlı ilk dəfə danışdı
Kenan Doğulu
reklam

Kenan Doğulu və Beren Saat cütlüyünün Los-Ancelesdə yerləşən villasında yanğın hadisəsi baş verib. Kenan Doğulu bu məsələ ilə bağlı mətbuata açıqlama verib.

“Çox da önəmli deyil. Bizdən daha pis vəziyyətdə olanlar var. Əsas olan, bundan sonra nə edəcəyimizdir”, - deyə müğənni bildirib.

Hadisəyə soyuqqanlı yanaşan sənətçi maddi itkilərə baxmayaraq, sağlamlığın və doğru addımların önəmli olduğunu vurğulayıb.

Kenan və Beren cütlüyü daha əvvəl Los-Ancelesdə yerləşən villalarını şəxsi istirahət mərkəzi kimi istifadə edirdilər. Villadakı yanğının səbəbləri ilə bağlı əlavə məlumat verilməsə də, hər hansı bir xəsarətin olmadığı bildirilib.