Yeganə Mürsəlova dələduzluğa məruz qaldı-VİDEO
Müğənni Yeganə Mürsəlova dələduzluqla üzləşib. Naməlum şəxs onun adından sənət dostlarına zəng edərək pul yığıb. Sənətçi bunu şəxsi sosial media hesabında açıqlayıb, həmçinin sənət dostlarını bu cür fırıldaqçılara qarşı xəbərdar edib.
Müğənni Yeganə Mürsəlova dələduzluğa məruz qaldığını açıqlayıb. Naməlum şəxs onun adından sənət dostlarına zəng edərək pul istəyib. Hadisənin ardınca Yeganə, şəxsi instaqram hesabında paylaşım edərək, bu dələduzluğu ifşa edib. Müğənni əvvəlcə tanınmış aparıcı Mətanət Əliverdiyevanın adından pul istəyən fırıldaqçıya rast gəlib, amma sonra həmin şəxs Yeganə Mürsəlovanın adını istifadə edərək eyni üsulla digər məşhurlardan pul istəyib. Yeganə, bu şəxsin davranışlarını sərt şəkildə tənqid edib və sənət dostlarını belə fırıldaqçılara qarşı ehtiyatlı olmağa çağırıb.