Yeni Serialında Mahnı Səsləndirəcək

Kanal D-nin yeni serialı "Eşref Rüya" üçün hazırlıqlar sürətlə davam edir. Baş rolları Demet Özdemir və Çağatay Ulusoyun paylaşdığı layihədə aktrisa mahnı ifa edəcək. Bunun üçün o, musiqi dərsləri almağa başlayıb.

Yeni Serialında Mahnı Səsləndirəcək
Demet Özdemir
reklam

Kanal D-nin yeni serialı "Eşref Rüya" tezliklə tamaşaçılarla görüşəcək. Layihə üçün hazırlıqlar sürətlə davam edərkən, baş rolları canlandıran Demet ÖzdemirÇağatay Ulusoy seriala xüsusi rəng qatacaqlar.

Serialda fərqli bir obrazla izləyicilərin qarşısına çıxacaq Demet Özdemir eyni zamanda mahnı səsləndirəcək. Bu məqsədlə o, məşhur musiqiçi Metin Özülküdən dərs almağa başlayıb. Aktrisa studiyaya daxil olaraq mahnı üzərində çalışır.

Özülkü ilə çəkilmiş fotosunu sosial media hesabında paylaşan Özdemir, bu sözləri yazıb:
"Bu həyatda ən gözəl şey sevdiyin insanlarla işləməkdir. Səninlə işlədiyim üçün şadam, çox şanslıyam."

Yeni serialın nə vaxt yayımlanacağı isə hələlik bəlli deyil.