Əməkdar artistlərin ailəsində ağır itki

Məşhur musiqiçilər Nurlan və Şahin Növrəslinin atası Növrəs Növrəsli dünyasını dəyişib. Şahin Növrəsli sosial media hesabında atasının vəfatını elan edib. Mərhumun üç mərasimi 25 fevralda Təzə Pir məscidində keçiriləcək.

Əməkdar artistlərin ailəsində ağır itki
Şahin Növrəsli
reklam

Əməkdar artistlər Nurlan və Şahin Növrəslinin ailəsində ağır itki yaşanıb. Məşhur musiqiçilərin atası Növrəs Növrəsli dünyasını dəyişib.

Bu üzücü xəbəri Şahin Növrəsli sosial media hesabında paylaşıb. O, atasının üç mərasiminin 25 fevralda Təzə Pir məscidində keçiriləcəyini bildirib.

Qeyd edək ki, Şahin Növrəsli tanınmış pianoçu, Arslan Növrəsli tarzən, Nurlan Növrəsli isə müğənnidir.