Ən Qorxaq Bürclər
Bürclər arasında ən narahat və qorxaq olanlar hansılardır? Onların xarakterindəki həssaslıq, panikaya meyillilik və narahatlıq halları necə özünü göstərir? Beşlikdə kimlər var?

Bəzi bürclər sakitlik və təmkinin təcəssümü olsa da, digərləri əksinə, hər kiçik hadisəyə belə həssas reaksiya verirlər. Mütəxəssislər bürclər arasında ən narahat və qorxaq olanların siyahısını tərtib ediblər.
5-ci yer – Şir
Od ünsürünə aid olan Şirlər özlərinə və liderlik qabiliyyətlərinə güvənirlər. Onların əsas narahatlıq mənbəyi diqqət mərkəzində ola bilməməkdir. Əgər başqalarına təsir göstərmək imkanları azalarsa, Şirlər həyəcan keçirir və əsəbiləşirlər. Üstəlik, Şirlər məlumatı süzgəcdən keçirmədən qəbul etdikləri üçün yanlış xəbər onları sarsıda bilər.
4-cü yer – Qız
Qızlar həssas və diqqətcil olduqları üçün başqalarının problemlərini öz üzərinə götürürlər. Daxildə panikaya düşsələr də, zahirən sakit görünməyə çalışırlar. Lakin bu, bir anda emosional partlayışa səbəb ola bilər.
3-cü yer – Xərçəng
Xərçənglər hər şeyin planlı şəkildə getməsini sevirlər. Əgər hadisələr nəzarətdən çıxarsa, tez bir zamanda təşvişə düşürlər. Xüsusilə yaxınlarının problemlərinə həddindən artıq həssas yanaşmaları onların əsəbiliyini artırır.
2-ci yer – Əkizlər
Dəyişkən təbiətləri səbəbindən Əkizlər emosional dalğalanmalara meyillidirlər. Gözlənilməz hadisələr və ya qeyri-müəyyənlik onlar üçün əsl kabusa çevrilə bilər. Çox düşünmək və müxtəlif ssenarilər qurmaq onların qorxu və narahatlıq hisslərini artırır.
1-ci yer – Əqrəb
Əqrəblər xasiyyətcə emosional və impulsivdirlər. Onlar gündəlik məsələlərdə belə həddindən artıq reaksiya verə bilərlər. Əqrəblər hər zaman son sözü demək istəyirlər və bu mümkün olmayanda ciddi stress keçirirlər.
Astroloqlar bildirir ki, narahatlıq hissi ilə mübarizə aparmaq üçün hər bürc fərqli üsullardan istifadə etməlidir. Özünü daha rahat hiss etmək üçün emosional balansı qorumaq vacibdir.